İntiqam Əliyevin məhkəməsində zərərçəkmişlə zalda əyləşənlər arasında mübahisə yaranıb

İntiqam Əliyevin məhkəməsində zərərçəkmişlə zalda əyləşənlər arasında mübahisə yaranıb
# 10 mart 2015 10:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan vəkil İntiqam Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə zərərçəkmiş Gülşən Orucovanın bacısı Əfsanə Orucova proses iştirakçılarının suallarını cavablandırıb. Lakin o, suallara cavab verməkdə çətinlik çəkdiyi üçün zalda olan bacısı Gülşən Orucova ona kömək etməyə çalışıb. G. Orucova proses zamanı onun barəsində yazan jurnalistləri "üzdəniraq" adlandırıb. Bu da zalda olan şəxslər tərəfindən narazılıqla qarşılanıb və G. Orucova ilə zalda əyləşənlər arasında qalmaqal baş verib. Bunun üçün proses dayandırılıb.


Məhkəmə prosesi martın 17-də davam etdiriləcək.

Qeyd edək ki, İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR