Payızın əvvəlində Aİ-nin Azərbaycan üzrə alt komitələrinin iclasları keçiriləcək

Payızın əvvəlində Aİ-nin Azərbaycan üzrə alt komitələrinin iclasları keçiriləcək
# 23 iyun 2016 10:11 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Biz payızın əvvəlində Avropa İttifaqının Azərbaycan üzrə alt komitələrinin iclasını keçirəcəyik".

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Onun sözlərinə görə, alt komitələrin iclasında Azərbaycanla tərəfdaşlıq və əməkdaşlıq razılaşmaları çərçivəsində bütün mövzuları müzakirə etmək imkanı yaranacaq: "Təhsil, insanlararası əlaqələr, ticarət, təhlükəsizlik, azadlıq kimi mövzularda irəliləmək imkanımız olacaq. İlk alt komitənin iclası sentyabrın axırında başlayacaq. Bu, Azərbaycan-Aİ əlaqələrində intensiv payız olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR