Azərbaycan Qırğızıstana 10 min 48 ton şəkər tozu göndərəcək

Azərbaycan Qırğızıstana 10 min 48 ton şəkər tozu göndərəcək
# 18 iyul 2014 14:57 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Qırğızıstana 16 vaqon (1 024 ton) şəkər tozu göndərib. Bu, ərzağın ikinci partiyasıdır. İlk partiya 960 ton təşkil edib. “APA-Economics”in məlumatına görə, bu haqda Qırğızıstan hökumət aparatının informasiya təminatı şöbəsi məlumat yayıb.

Məlumata görə, əhalinin şəkər tozuna tələbatının artdığı yay mövsümündə, sərfəli qiymətə Bakıdan Bişkekə bu ərzağın tədarük edilməsinə dair müqavilə imzalanıb. Müqavilə Qırğızıstan Maddi Ehtiyatlar Fondu ilə Azərbaycan Şəkər Zavodu arasında imzalanıb. Sənədə əsasən, Bişkekə 10 min 48 ton (157 vaqon) həcmində şəkər tozu ixrac ediləcək.

Qırğızıstan tərəfi müqavilə üzrə 7 min 168 ton həcmində şəkər tozunun qiymətini ödəyib. Qeyd edək ki, Bakıdan Bişkekə göndəriləcək üçüncü partiya 24 vaqon – 1 536 ton təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR