Nazir: “Azərbaycan məktəblərində təmayülləşmə IX-XI sinifləri əhatə edəcək”

Nazir: “Azərbaycan məktəblərində təmayülləşmə IX-XI sinifləri əhatə edəcək”
# 05 may 2015 10:38 (UTC +04:00)

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, bu barədə ilkin açıqlama tədris ilinin əvvəlində verilib. Onun sözlərinə görə, bu məsələ mərhələli şəkildə reallaşacaq. Təmayülləşmə ilk növbədə Təhsil Nazirliyinin birbaşa tabeliyində olan məktəblərdə, digər seçilmiş məktəblərin yuxarı siniflərində tətbiq ediləcək: “Bu, IX-XI sinifləri əhatə edəcək. Məqsəd odur ki, şagirdlərin və valideynlərin seçiminə uyğun olaraq, onların akademik nailiyyətləri, göstəriciləri, maraqları təmin edilsin. Həmçinin, təhsil sistemi də yuxarı sinif şagirdlərinə onların daha çox əhəmiyyətli, mühüm hesab etdiyi fənlər üzrə təmayülləşməni təklif edə bilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR