Alparslan Türkeşin oğlu AKP-dən istefa verib

Alparslan Türkeşin oğlu AKP-dən istefa verib
# 29 may 2015 15:29 (UTC +04:00)

Bakı – APA. Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili, Milliyyətçi Hərəkat Partiyasının əfsanəvi lideri, mərhum Alparslan Türkeşin oğlu Əhməd Kutalmış Türkeş AKP-dən istefa verib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Ə. K. Türkeş bildirib ki, AKP-nin seçki platformasında Konstitusiyadan “türk” sözünün çıxarılması və prezident üsul-idarəsi adı altında dövlətin bölünərək federasiya və muxtar bölgələrə ayrılması niyyəti nəzərdə tutulur: “Digər məqam AKP lideri Davudoğlu və eyni zehniyyət sahiblərinin hər fürsətdə atam Alparslan Türkeşə dil uzadaraq hədlərini aşmalarıdır. Qurtuluş savaşına, milli mübarizəyə başçılıq edərək xaçlı ordulara qarşı tarixin ən möhtəşəm zəfərlərini qazanan və beləliklə İslamın bu torpaqlarda var olmağa davam etməsinə şərait yaradan Atatürkün adını tələffüz etməkdən belə qaçmaları da əlbəttə ki, pis niyyətdən xəbər verir. Ədalət və İnkişaf Partiyasında milli və siyasi iradənin sürətlə pozulmağa başladığını gördükdən sonra partiyada qalmağın böyük bir mənəvi, milli və vicdani günah yükləyəcəyinə inandığım üçün bu partiyadan istefa verirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR