Şotlandiyanın müstəqilliyi Avropanın təhlükəsizlik sisteminin bünövrəsinə basdırılmış, işləmə mexanizmi dayandırılmış minadır. Hər zaman partlaya biləcək bu mina öz saatını gözləyir. Britaniyanın Avropa İttifaqından ayrılması Şotlandiyanı müstəqillik arzusuna qovuşduracaq addım ola bilərmi? İlk baxışdan bu iki məsələ arasında ciddi bir bağlılıq görünmür. Amma şotlandların rəsm Londona ultimatum verməsi göstərir ki, ya Uilyam Volosun davamçıları, ya da Britaniyaya təzyiq etmək istəyən qüvvələr belə bir bağlılıq tapıblar. Şotland millətçilərinin hesablamalarına görə, Britaniyanın Avropa İttifaqından ayrılması bu ölkənin həm dünyada, həm Avropada xüsusi çəkisini bir müddətliyə zəiflədəcək. Bu durumda Şotlandiyanın müstəqillik məsələsinin gündəmə gəlməsi Londonun durumunu daha da ağırlaşdıra bilər. Britaniyanın Avropa İttifaqından çıxmasını əngəlləmək istəyən daxili və xarici qüvvələr isə hesab edir ki, şotland millətçilərinin ayağa qalxması Londonu öz niyyətindən çəkindirəcək. Yəni, hər kəs qabdan öz payını götürmək istəyir, kimə nə qədər pay düşəcəyini isə zaman göstərəcək.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 İyun
03 iyun 2015 17:18 (UTC +04:00)
GÜNÜN ŞƏRHİ

Sosial
ƏƏSMN-in Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi beynəlxalq ISO sertifikatlarına layiq görülüb
18:05
16 may 2024
Kürün Qazaxdan keçən hissəsində daşqın olub, fəsadlar yaranıb - FOTO
17:15
16 may 2024
Qarabağ Universitetində daha iki vakansiya elan edilib
17:08
16 may 2024
Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb
15:59
16 may 2024