Pakistanın baş naziri ürək əməliyyatından sonra xəstəxanadan buraxılıb

Pakistanın baş naziri ürək əməliyyatından sonra xəstəxanadan buraxılıb
# 06 iyun 2016 19:49 (UTC +04:00)

Bakı-APA. Pakistanın baş naziri Navaz Şərif ürək əməliyyatından sonra xəstəxanadan buraxılıb.

APA-nın məlumatına görə, bu barədə özünün “Tvitter” səhifəsində baş nazirin qızı Məryəm Şərif yazıb.

“Ramazan ayı müjdə xəbər gətirib. Baş nazir evinə qayıdır”, M.Şərif qeyd edib.

66 yaşlı Navaz Şərif mayın 31-də Londonda əməliyyat olunub. Onun vəziyyətinin stabil olduğu, əməliyyatın uğurlu keçdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR