QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb - <span style="color: red;">FOTO
# 17 dekabr 2014 10:14 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

APA-nın məlumatına görə, Memorandumu bu gün Bakıda keçirilən “Dövlət-Din münasibətləri və vətəndaş cəmiyyəti” adlı konfransda Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı imzalayıblar.

Memorandumun məqsədi vətəndaş cəmiyyətinin dini icmalarla əməkdaşlığa yaxından cəlb etməkdir. Razılaşmadan irəli gələrək İşçi Qrupunun yaradılacağı da bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR