Zaqatalada baş verən yol qəzasında 3 nəfər xəsarət alıb

Zaqatalada baş verən yol qəzasında 3 nəfər xəsarət alıb
# 19 mart 2013 16:56 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda baş verən yol qəzasında üç nəfər xəsarət alıb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən APA-ya verilən məlumata görə, hadisə Yeval-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.

1990-cı il təvəllüdlü Şəki şəhər sakini Kənani Pərviz Hafiz oğlunun idarə etdiyi 90 JS 835 dövlət nömrə nişanlı firma maşını ilə Qax şəhər sakini Babayev Elman Əhməd oğlunun idarə etdiyi “VAZ 21011” markalı, 10 FA 036 dövlət nömrə nişanlı avtomobil qarşı-qarşıya toqquşub. Nəticədə Kənani Pərviz və onun maşınında olan sərnişin, 1988-ci il təvəllüdlü Ağayev Tariyel Fikrət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. “VAZ 21011” markalı avtomobilin sürücüsü Elman Babayev isə Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hər üç xəstənin vəziyyətinin orta stabil olduğu bildirilir.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR