Novruz Məmmədov Ermənistan XİN-in iddialarına cavab verib

Novruz Məmmədov Ermənistan XİN-in iddialarına cavab verib
# 22 iyun 2016 16:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın onunla bağlı açıqlamasına münasibət bildirib. APA-nın məlumatına görə, bu barədə o, “facebook” səhifəsində yazıb. “Nalbəndyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi. Görəsən görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı? Mənim görüşdə iştirakıma gəldikdə isə - bəs düz qarşımda oturan o deyildi?

Cənab nazir, yalan-yalan, bu lap ağ eləmək oldu axı”,- deyə o cavabında bildirib.

Xatırladaq ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bu günki açıqlamasında Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündə mərhələli həll üzrə danışıqları davam etdirmək barədə razılığa gəlindiyini açıqlayıb. O mərhələli həlli əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi, daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi kimi izah edib.

Bu açıqlamaya cavab olaraq Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan bəyan edib ki, Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı razılaşma əldə olunmayıb. Onun sözlərinə görə, Novruz Məmmədov heç zaman, o cümlədən Sankt-Peterburq görüşündə danışıqlarda iştirak etməyib. Onun bildirdiyinə görə, sonuncu görüşdə Novruz Məmmədov yalnız rəsmi nahara qatılıb ki, orada da təmas xəttində insidentlərin araşdırılması mexanizmi və ATƏT-in fəaliyyətdə olan sədinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR