Madaqaskarda təbii fəlakət qurbanlarının sayı 20-yə çatıb

Madaqaskarda təbii fəlakət qurbanlarının sayı 20-yə çatıb
# 26 fevral 2013 00:09 (UTC +04:00)

Bakı-APA. Fevralın 22-dən Madaqaskar sahillərinə yaxınlaşan «Haruna» tropik qasırğasının qurbanlarının sayı 18 nəfərə çatıb. Son məlumatlara görə, 81 nəfər yaralanıb, 16 nəfər barəsində isə məlumat yoxdur.

APA-nın məlumatına görə, tropik qasırğa adanın cənub-qərbindəki Morombe şəhərini demək olar ki, tamamilə məhv edib. Adada küləyin sürəti saatda 200 kilometrə çatıb.

Qasırğa hazırda zəifləsə də, sinoptiklər yaxın günlərdə güclü yağış və küləklər proqnozlaşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR