YAP Gənclər Birliyinin «Yay məktəbi»nin açılışı olub - FOTO

YAP Gənclər Birliyinin «Yay məktəbi»nin açılışı olub - <span style="color: red;">FOTO
# 07 iyul 2014 16:37 (UTC +04:00)

Bakı-APA. Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin «Gənc Liderlər» Gənc Siyasətçilər üçün «Yay məktəbi» layihəsinə start verilib.

APA-nın məlumatına görə, hər il olduğu kimi, iyulun 6-dan başlanan və iyulun 11-dək davam edəcək layihə çərçivəsində 100-ə yaxın fəal gənc Lerik rayonunda olacaq.

İyulun 6-da «Yay məktəbi»nin açılışı olub. YAP Siyasi Şurasının üzvü, «İki sahil»” qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadənin rəhbərlik etdiyi qrup öncə rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Eyni zamanda layihə iştirakçıları Heydər Əliyev Mərkəzində də olublar.

Sonra «Gənc Liderlər» Gənc Siyasətçilər üçün «Yay məktəbi» layihəsinin açılış mərasimində çıxış edən Vüqar Rəhimzadə layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan bəhs edib. Bildirdi ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin biri-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.

O da qeyd edilib ki, “Yay məktəbi” 5 mərhələdə davam edəcək. V.Rəhimzadə gənclərə göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, YAP-ın İcra katibliyinə minnətdarlığını bildirib.
Açılış mərasimində çıxış edən YAP İcra Katibliyinin baş təlimatçısı Rəfail Gülməmmədov və YAP GB-nin layihələr üzrə koordinatoru Leyla Kərimova layihə çərçivəsində nəzərdə tutulan seminarlar, təlimlər barədə iştirakçı gənclərə ətraflı məlumat veriblər.

Sonda gənclərin iştirakı ilə təşkilat komitəsinin və komandaların üzvləri elan olunub.

«Yay məktəbi»nin ikinci günündə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin «Gənc Liderlər» Gənc Siyasətçilər üçün «Yay məktəbi» layihəsi çərçivəsində «Ulu öndər Heydər Əliyevin ideyaları və müasir dövlət quruculuğunda gənclərin rolu» mövzusunda seminar keçirilib.

Seminarda gənclərdən Vüsal Əliyev (Nərimanov rayonu YAP GB), Aysel Məmmədova (Sumqayıt YAP GB), Xətai Abdullayev (Ağdam YAP GB), Şahnaz Hacıyeva (Nizami rayonu YAP GB), Lütfiyyə Mustafayeva (Naftalan YAP GB), Ramin Həsənov (Zaqatala YAP GB), Elvin Dadaşov (Sumqayıt YAP GB), Vəfa Ələkbərova (Abşeron YAP GB), Vüsal Rzayev (Şəmkir YAP GB) və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyevin ideyalarından və müasir dövlət quruculuğundan danışaraq, onlara olan diqqət və qayğını yüksək qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR