İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 130-a çatıb

İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 130-a çatıb
# 12 iyul 2014 19:56 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin səhiyyə qurumlarının açıqlamasında bildirilir. Məlumata görə, azı 940 nəfər isə yaralanıb.

Bəyanatda İsrail ordusunun bugünkü zərbələri nəticəsində 22 fələstinlinin öldüyü bildirilir.

İsrail tərəfinin məlumatına görə, əməliyyatın elan edildiyi iyulun 8-dən bu günədək Qəzza zolağına 1000-dən çox zərbə endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR