Şəmkir və Bərdə sakinlərindən narkotik götürülüb

Şəmkir və Bərdə sakinlərindən narkotik götürülüb
# 21 iyun 2016 09:49 (UTC +04:00)

Bakı-APA. Şəmkir rayon sakinində xeyli miqdarda narkotik aşkarlanıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Bakının Pirallahı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Fərman Bayramovdan 2 kiloqram 453,75 qram marixuana götürülüb.

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Lək kənd sakini Vahid Qədimovdan 0,6 qram heroin, yaşadığı evin həyətindəki yardımçı təsərrüfata baxış zamanı 1 kiloqram 167 qram marixuana aşkar edilərək götürülüb.

V. Qədimovun əvvəllər də məhkum olunduğu bildirilib.

Bundan başqa, Tərtər RPŞ əməkdaşları tərəfindən Seydimli kəndi ərazisindən ümumi çəkisi 640 kiloqram olan 1190 ədəd, Kürdəmir RPŞ əməkdaşları tərəfindən Şıxımlı kəndi ərazisindən 165 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR