Bakıda zəncirvari qəza olub - APA TV

Bakıda zəncirvari qəza olub - <span style="color: red;">APA TV
# 11 mart 2013 14:35 (UTC +04:00)

Bakı-APA TV. Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Səməd Vurğun küçəsində “VAZ 21-07”, “Toyota-Prado” və “Lexus” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerində olan Nəsimi rayon Polis İdarəsinin Yol Patrul Xidmətinin baş inspektoru Azər Qarayev olaya “Lexus” markalı avtomobilin yol hərəkəti qaydalarını pozmasının səbəb olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR