Şəmkir rayon sakini bıçaqlanıb

Şəmkir rayon sakini bıçaqlanıb
# 17 iyun 2016 00:04 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Şiştəpə kənd sakini, 1981-ci il təvəllüdlü Eloğlu Həsənov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

E.Həsənovun hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR