Latviyanın regional inkişaf və ətraf mühit naziri: “Mənim üçün prioritet vətənim Azərbaycanla əlaqələrimizin yüksək səviyyədə olmasıdır”

Latviyanın regional inkişaf və ətraf mühit naziri: “Mənim üçün prioritet vətənim Azərbaycanla əlaqələrimizin yüksək səviyyədə olmasıdır”
# 19 avqust 2014 07:23 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Latviyanın yeni təyin olunan regional inkişaf və ətraf mühit naziri, milliyyətcə azərbaycanlı Roman Naudinş bildirib.

O qeyd edib ki, artıq məhz bu cür nöqsanlara görə ondan əvvəlki nazir istefaya gedib: “İndi mənim hökumətdə məqsədim ilk olaraq Azərbaycanla bu sahədə ən geniş formada əlaqələri bərpa etməkdir. Çünki mənim üçün prioritet vətənim Azərbaycanla Latviyanın hər bir sahədə, o cümlədən Latviya iqtisadiyyatı üçün əhəmiyyət kəsb edən rəhbərlik etdiyim sahədə də əlaqələrinin yüksək səviyyədə olmasıdır”.

Nazir vurğulayıb ki, artıq bu istiqamətdə işə başlayıb və hətta Azərbaycan dövlətinə Latviya adından onun təşəbbüsü ilə məktub da göndərilib.

R.Naudinşin babası İdris İbrahimov Azərbaycanın Siyəzən rayonundandır.

Qeyd edək ki, “APA Holding”in Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Sərhəddən kənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Baltikyanı ölkələrdə fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR