Bakıda iki evdə yanğın baş verib

Bakıda iki evdə yanğın baş verib
# 29 iyun 2015 14:26 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda yaşayış evlərində yanğın qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kvadratmetr olan taxta konstruksiyalardan ibarət 5 otaqlı evin bir otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə və bitişik yerləşən digər vətəndaşa məxsus ümumi sahəsi 50 kvadratmetr olan 3 otaqlı evin mətbəxinin pəncərə çərçivəsi 1 kv.m sahədə yanmış, yüksək temperaturdan lambirdən ibarət tavan 10 kv.m sahədə əriyib.

Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR