Bu il Azərbaycan Türkiyəyə 560 milyon kubmetrdən çox qaz ixrac edib

Bu il Azərbaycan Türkiyəyə 560 milyon kubmetrdən çox qaz ixrac edib
# 19 avqust 2015 12:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu ilin 6 ayında Türkiyə Azərbaycandan 562 mln. kubmetr qaz idxal edib.

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin bu il ən çox qaz idxal etdiyi ölkələr arasında Azərbaycan üçüncü olub.

Qeyd edək ki, Rusiya Türkiyəyə ixrac etdiyi 1 mlrd. 686 mln. kubmetr təbii qazla birinci, İran isə 565 mln. kubmetrlə ikinci yerdə qərarlaşıb.

Xatırladaq ki, bu il qardaş ölkənin təbii qaz idxalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,75% azalma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR