Bank Of Baku

Peskov: Putin və Paşinyanın görüşü ilə bağlı hələlik dəqiq razılaşma yoxdur

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov

© APA | Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov

# 10 iyun 2026 14:02 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşlə bağlı hələlik dəqiq razılaşma yoxdur.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya və Ermənistan liderləri arasında təmasların hazırlanıb-hazırlanmaması ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, Ermənistanda seçki kampaniyasının yekunlaşmasından asılı olaraq müvafiq qərarlar veriləcək.

“Bildiyiniz kimi, iyunun 14-də seçkinin nəticələri ilə bağlı açıqlama gözlənilir. Bilirsiniz ki, bir çox seçki iştirakçısı etiraz etməyi planlaşdırır, səslərin yenidən hesablanması və s. Yəni bu, kifayət qədər çətin və uzun müddətdir”, - Peskov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR