Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd olunacaq

Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd olunacaq
# 24 avqust 2015 07:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Akademik Milli Dram Teatrında mərhum aktrisa Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir sentyabrın 25-də keçiriləcək.

Əməkdar artist, Dövlət mükafatı laureatı Vəfa Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda anadan olub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb.

Ağır xəstəliyə düçar olan aktrisa 1987-ci il mayın 21-də, 42 yaşında vəfat edib.

Qeyd edək ki, Vəfa Fətullayeva SSRİ xalq artisti Hökumə Qurbanova və xalq rəssamı Nüsrət Fətullayevin övladıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR