İmişlidə ictimai müzakirə keçirilib

 İmişlidə ictimai müzakirə keçirilib
# 02 iyul 2016 14:14 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişlidə Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisinin xidməti və iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin birgə təşkilatçılığı ilə növbəti ictimai dinləmələr İmişli rayonunda keçirilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin başlıca istiqamətləri sənədinin ictimai müzakirəsində Salyan, Saatlı, Sabirabad, Beyləqan, İmişli və Ağcabədi rayonlarının iş adamları də digər ictimaiyyət nümayəndələri iştirak edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Elxan Mikayılov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, maliyyə nazirinin müavini Emin Hüseynli, İqtisadiyyat Nazirliyinin nümayəndələri və başqaları “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin başlıca istiqamətləri barədə danışıblar. Bildirilib ki, seçilən inkişaf istiqamətləri ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində xarici investisiyaların ölkəmizə axını, ixracda yerli malların rəqabət qabiliyyətliliyini artırılması, əsas məhsul qrupları üzrə idxalın yerli istehsalla əvəzlənməsini və paralel olaraq əhalinin sosial rifahını gücləndirilməsini təmin edəcək, əhalinin məşğulluğu artıracaq və nəhayət ölkəmizə xarici valyutaların daha çox gəlməsi təmin olunacaq.

İctimai müzakirələrdə həmçinin pambıqçılığın inkişafı, iri fermer təsərrüfatlarının yaradılması, kooperasiya ictimai iaşə, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı təkliflər veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR