Abşeron rayonunda kafe yanıb

Abşeron rayonunda kafe yanıb
# 03 sentyabr 2016 00:52 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Məhəmmədli kəndində vətəndaşa məxsus ümumi sahəsi 45 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları və içərisində olan mətbəx əşyaları 21 m2 sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR