Fransada kişi yoldaşını və uşaqlarını qətlə yetirib, sonra intihar edib

Fransada kişi yoldaşını və uşaqlarını qətlə yetirib, sonra intihar edib
# 22 iyun 2016 00:41 (UTC +04:00)

Bakı-APA. Fransanın Atlantik Pireneyləri departamentində kişi həyat yoldaşını və iki uşağını qətlə yetirərək intihar edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Anqle şəhərində baş verib. Qətlə yetirilən uşaqların 11 və 16 yaşı olub. Ailənin maliyyə çətinlikləri ilə üzləşməsi və qadının boşanmaq niyyətində olmasının insidentə səbəb olduğu ehtimal edilir.

Şəhər prokurorunun sözlərinə görə, hadisə barədə polisə qonşu məlumat verib.

İntihar etmiş şəxsin UMP (Xalq Hərəkatı Birliyi) partiyasının funksioneri olduğu bildirilir. O 2014-cü ildə bələdiyyə seçkiləri zamanı öz namizədliyini irəli sürməyi planlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR