“Məzarlıqlar haqqında” normativ-hüquqi akt qəbul ediləcək

“Məzarlıqlar haqqında” normativ-hüquqi akt qəbul ediləcək
# 07 iyun 2016 10:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “”Məzarlıqlar haqqında” xüsusi qərar layihəsinin bu yaxınlarda Nazirlər Kabineti tərəfindən normativ-hüquqi akt kimi qəbul edilməsi gözlənilir”.

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, bu məsələ ilə əlaqədar Nazirlər Kabinetində işçi qrupun bir neçə toplantısı keçirilib: “Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə işçi qrupun bununla bağlı keçirdiyi toplantılar və müzakirələr nəticəsində qərar layihəsi üzərində iş yekunlaşıb”.

M. Qurbanlı qeyd edib ki, normativ-hüquqi akt qəbul edildikdən sonra Azərbaycanda yeni salınan məzarlıqların idarə olunması ilə bağlı yeni qaydalar tətbiq ediləcək: “Şəhid məzarları ilə bağlı məsələ isə qeyd edilən qərar layihəsində deyil, başqa qanunda öz əksini tapıb. Hazırda şəhidlərin statusunu özündə ehtiva edən qanunlarda şəhid məzarlarının fərqləndirilməsi konkret əks olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR