TQDK rezidenturaya qəbul olmaq istəyən namizədlərə müraciət edib

TQDK rezidenturaya qəbul olmaq istəyən namizədlərə müraciət edib
# 15 aprel 2015 07:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul olmaq istəyən namizədlərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən, dövlət sifarişi əsasında rezidenturada təhsil almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətini 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə isə ərizə qəbulu 16-23 fevral tarixlərində aparılıb. Qəbul imtahanının 1-ci mərhələsi martın 15-də təşkil olunub. İkinci mərhələsi isə iyulun 7-də keçiriləcək. Rezidentura üzrə ixtisaslaşma seçimi 10-14 iyul, boş qalan yerlərə ixtisaslaşma seçimi isə 21-24 iyul tarixlərində həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR