Azərbaycanda kənd təsərrüfatı məhsulları bahalaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsulları  bahalaşıb
# 03 dekabr 2014 11:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,7%, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 6,0 və 2,6% bahalaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,3% ucuzlaşıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, birillik bitkilərdən yaşıl paxlalı tərəvəzlər 15,3%, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlər 10,1%, buğda 0,4%, qarğıdalı 0,1%, badımcan 28,6%, pomidor 24,4%, xiyar 4,2%, kartof 3,2%, yem bitkilərinin istehsalçı qiymətləri 1,7% bahalaşıb, arpanın istehsalçı qiymətləri isə 1,6% ucuzlaşıb.

Çoxillik bitkilərdən feyxoa 36,7%, xurma 2,4%, alma və limonun istehsalçı qiymətləri 0,7% ucuzlaşıb, armud 27,4%, şabalıdın istehsalçı qiymətləri isə 10,5% bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurta 11,1%, süd 8,0%, quş əti (diri çəkidə) 1,4%, təbii balın istehsalçı qiymətləri isə 0,3% bahalaşıb, mal ətinin (diri çəkidə) 6,7%, diri qoyun və keçilərin 1,0%, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun və həmçinin diri ev quşlarının istehsalçı qiymətləri isə 0,1% ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR