Paşha Bank
Bank Of Baku

Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir

Rusiya Prezidenti Vladimir Putin

© APA | Rusiya Prezidenti Vladimir Putin

# 25 oktyabr 2026 15:47 (UTC +04:00)

Avropa İttifaqının Rusiya ilə bağlı hər şeyi rədd etməsi axmaqlıqdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

O qeyd edib ki, Rusiya heç vaxt Avropaya enerji resurslarının tədarükündən imtina etməyib.

“Rusiyanın mayeləşdirilmiş təbii qazı hələ də Avropa bazarının 20 faizini təşkil edir. Bu isə əhəmiyyətli bazar payıdır”, – Putin vurğulayıb.

Rusiya Prezidenti Avropadakı miqrasiya böhranına və etiraz aksiyalarına da münasibət bildirib. Onun sözlərinə görə, Avropa öz dəyərlərini miqrantlara aşılaya bilmir, çünki həmin dəyərləri özü məhv edir.

“Miqrantların təhsili ilə məşğul olmaq, onlara yerli adət-ənənələri aşılamaq lazımdır. Avropa öz adət-ənənələrini məhv etdiyi halda, onları miqrantlara necə aşılaya bilər? Miqrantlara və onların övladlarına bu dəyərlər çatdırılmır. Bir çoxları onilliklərdir Avropada yaşasalar da, hələ də onları qəbul edən ölkələrin dilində danışmırlar”, – Putin bildirib.

O əlavə edib ki, Rusiya da millətlərarası münasibətlərə və bu sahədə dövlət siyasətinə daha çox diqqət yetirməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR