Nazir Əli Abbasov “ITU Telecom World 2014” konfransında iştirak edir

Nazir Əli Abbasov “ITU Telecom World 2014” konfransında iştirak edir
# 08 dekabr 2014 10:22 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının “ITU Telecom World 2014” sərgi-konfransının açılış mərasimi keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin “APA-Economics”ə verdiyi məlumata görə, açılış mərasimində “Ooredoo Group”un Direktorlar şurasının sədri Şeyx Abdullah bin Məhəmməd bin Səud Al Tani, Qətərin baş naziri Şeyx Abdullah bin Naser bin Xəlifə Al Tani, İnformasiya və kommunikasiya texnologiyaları naziri Hessa Sultan Əl-Cabir, İTU-nın baş katibi Hamadun Ture çıxış ediblər.

Tədbirdə Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinin tərkibinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri daxildir.

Sərgidə Azərbaycanın xüsusi stendi fəaliyyət göstərir və 40-a yaxın yerli şirkət sərgidə iştirak edir. Açılış mərasimindən sonra sərgidə iştirak edən çoxsaylı ölkələrin stendlərinə baxış keçirilib. BTİ-nin, Qətərin və müxtəlif ölkələrin rəhbərləri Azərbaycan stendi ilə tanış olublar.

Ə. Abbasov Azərbaycanda İKT sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. Sərginin açılış mərasimindən sonra müxtəlif mövzularda forumlar, diskussiyalar və panellərdə müzakirələr başlanıb.

Sərgi çərçivəsində keçirilən bir sıra tədbirlərdə Ə. Abbasovun çıxışları olub.

Dekabrın 10-dək davam edəcək tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin müxtəlif ölkələrin müvafiq qurumlarının rəhbərləri ilə ikitərəfli görüşləri, bölmə iclaslarında iştirakı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR