Bakıda internet vasitəsilə başqasının plastik kartından pul çıxarılıb

Bakıda internet vasitəsilə başqasının plastik kartından pul çıxarılıb
# 17 aprel 2013 09:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda internet vasitəsilə başqasının plastik kartından pul çıxaran şəxs müəyyən edilib. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, paytaxtın Nizami rayonunda Qazax sakini, 1967-ci il təvəllüdlü Şaiq Nəsirov polisə müraciət edərək plastik kartından internet vasitəsi ilə 977 manat pulunun çıxarıldığını bildirilib. Faktla əlaqədar cinayət işi qaldırılıb və hadisənin Qara Qarayev prospektində yerləşən internet klubda işləyən Bakı sakini İslam Əliyev tərəfindən törədilməsi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR