Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisi bu gün məlum olacaq

Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisi bu gün məlum olacaq
# 14 mart 2013 13:59 (UTC +04:00)

APA-nın məlumatına görə, milli finalda Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynova, Vlada Axundova, Aysel Babayeva və Valeriya Hüseynzadə yarışmaq hüququ qazanıb.

Milli final konserti “Eurovision” Mahnı Müsabiqəsinin qaydalarına uyğun həyata keçiriləcək. 10 finalçının hər biri yerli və ya əcnəbi bəstəkarlara məxsus olan yeni mahnı ifa edəcək. Mahnılar ilk dəfə final konsertində səsləndiriləcək. Səsləndirilən ifanın müsabiqə mahnısına çevrilib çevrilməyəcəyinə sonda qərar veriləcək.

Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisi peşəkar münsiflər heyəti və tamaşaçıların birgə rəyi əsasında müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR