"Günəşli" yatağındakı qəzada həlak olanlardan 13-nün yaxınına sığorta ödənişinə başlanıb

"Günəşli" yatağındakı qəzada həlak olanlardan 13-nün yaxınına sığorta ödənişinə başlanıb
# 23 iyun 2016 08:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Günəşli" yatağındakı qəza nəticəsində həlak olan neftçilərin ailə üzvlərinə sığorta ödənişlərinin verilməsinə başlanıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Paşa Həyat Sığorta" şirkətinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib.

Sədr qeyd edib ki, qəza nəticəsində həlak olan neftçilərlə bağlı təqdim olunmuş sənədlər üzrə onların ailə üzvlərinə sığorta ödənişləri verilir: "Sığorta məbləğləri müxtəlifdir. Həlak olan neftçilərdən təxminən 12-13 neftçi ilə bağlı sənədlər təqdim olunub. Bu istiqamətdə işlərimiz davam etdirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR