Əli Həsənov: “Azərbaycan mediası jurnalist adına ləkə gətirən qeyri-peşəkar jurnalistlərdən təmizlənməsə, mətbuatın inkişafından danışmaq olmaz”

Əli Həsənov: “Azərbaycan mediası jurnalist adına ləkə gətirən qeyri-peşəkar jurnalistlərdən təmizlənməsə, mətbuatın inkişafından danışmaq olmaz”
# 15 mart 2013 16:35 (UTC +04:00)

Əslində bu fəaliyyət Mətbuat Şurasının 10 ildir həyata keçirdiyi uğurlu işlərdən biridir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Mətbuat Şurasının 10 illik yubiley tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan mediası nüfuzuna xələl gətirəcək halların qarşısı alınmasa, adı ləkələyən kənar təsirlərdən, jurnalist adına ləkə gətirən qeyri-peşəkar jurnalistlərdən təmizlənməsə, mətbuatın inkişafından danışmaq olmaz.

Ə.Həsənov əlavə edib ki, bu gün Azərbaycan Mətbuat Şurası və Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun timsalında dövlətin mətbuata dəstəyi davam edəcək: “Bu il Azərbaycan mediası üçün inşa olunmuş ilk mənzil ölkə mediasının ehtiyacı və haqqı olan jurnalistlərinə paylanacaq. Əminəm ki, bu fəaliyyət bundan sonra da davam ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR