Rusiyada xəbərdarlıq sistemləri sınaqdan keçirilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Moskva vilayətində, Sankt-Peterburqda, Voronejdə və digər şəhərlərdə sirenlər səslənib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 9 oktyabrda Rusiyanın bütün regionlarında ictimai xəbərdarlıq sistemlərinin planlaşdırılmış sınaqları keçiriləcək.
"Xəbərdarlıq sistemi təbii və ya texnogen mənşəli təhlükə və ya fövqəladə hal zamanı ictimaiyyəti dərhal xəbərdar etmək üçün nəzərdə tutulub.
Sınaq zamanı elektrik sirenlərinin və səsgücləndiricilərin işə salınması, ictimai televiziya və radio yayımlarının isə məlumatverici elanlarla əvəz olunması planlaşdırılır" deyə Rusiya FHN-nin yaydığı məlumatda qeyd olunub.