Bank Of Baku

Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb

Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
# 06 sentyabr 2026 18:14 (UTC +04:00)

Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb.

Bu barədə “Financial Times” məlumat yayıb.

Qeyd edilib ki, 2026-cı ilin ilk yeddi ayı ərzində Rusiyadan Honq Konqa 100 ton qızıl idxal edilib. Bu, rekord göstəricidir və 2025-ci ilin analoji dövründəki idxal həcmini demək olar ki, üç dəfə üstələyir.

ABŞ və Böyük Britaniya Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Rusiya istehsalı olan külçə qızılına qarşı sanksiyalar tətbiq edib. Honq Konq və Çində isə belə məhdudiyyətlər yoxdur.

2022-ci ilin əvvəlindən etibarən Honq Konq şirkətləri Rusiyadan təxminən 35 milyard dollar (30 milyard avro) dəyərində qızıl alıblar.

Qeyd edək ki, Rusiya Çindən sonra dünyada ikinci ən böyük qızıl istehsalçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR