Çexiya prezidenti və xanımı Dövlət Bayrağı Meydanı ilə tanış olublar

Çexiya prezidenti və xanımı Dövlət Bayrağı Meydanı ilə tanış olublar
# 17 sentyabr 2015 10:51 (UTC +04:00)

Bakı – APA. Çexiya prezidenti Miloş Zeman və xanımı İvana Zemanova Dövlət Bayrağı Meydanı ilə tanış olublar.

APA-nın məlumatına görə, Çexiya prezidentinə və xanımına Dövlət Bayrağı Meydanı və onun ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Dövlət Bayrağı Muzeyi ilə tanış olan prezident Miloş Zeman və xanımı burada nümayiş etdirilən eksponatlar haqqında məlumatlandırılıblar. Ali qonaq muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonda Çexiya dövlət başçısına xatirə hədiyyələri təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR