Sabah  havanın temperatur 38 dərəcəyə çatacaq

Sabah  havanın temperatur 38 dərəcəyə çatacaq
# 22 iyun 2016 10:29 (UTC +04:00)

Bakı-APA. Sabah Bakıda və Abşeron hava şəraitinin dəyişkən buludlu olacağı, arabair tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25 , gündüz 30-34, Bakıda gecə 23-35, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.

İyunun 23-də Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR