Çadda dövlət çevrilişinin qarşısı alınıb

Çadda dövlət çevrilişinin qarşısı alınıb
# 02 may 2013 04:45 (UTC +04:00)

Bakı-APA. Çadın təhlükəsizlik xidməti dövlət çevrilişinin qarşısını alıb. Ölkənin rabitə naziri Həsən Bakarinin məlumatına görə, sui-qəsdçilər çevrilişi bir neçə ay ərzində hazırlayıblar.

Nazirin sözlərinə görə, sui-qəsdçilər həbs edilərək hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

Ölkə müxalifətinin lideri Seleh Kebzabonun sözlərinə əsasən isə hakimiyyət paytaxt Ncamenada çoxsaylı həbslər həyata keçirib. Həbs olunanlar arasında parlamentin müxalifətdən olan deputatı Saleh Məkki də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR