Ağstafa. Azər Məmmədli - APA. Ağstafa Rayon Polis Şəbəsinə (RPŞ) yeni rəis təyin olunub.
RPŞ-dən APA-nın qərb bürosuna verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Daşkəsən RPŞ-nin rəisi, polis polkovniki Elsevər Aslanov vəzifəsindən azad edilərək Ağstafa RPŞ-nin rəisi təyin edilib.
Daşkəsən rayonuna isə hələlik təyinat olmayıb.
Qeyd edək ki, Ağstafa RPŞ-nin rəisi, polis polkovniki Yaşar Nuriyev vəzifəsindən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yol Xətt polisinə rəis təyin olunub.