APA-nın “news.am” saytına istinadın verdiyi məlumata görə, hadisə martın 22-də saat 13.50 radələrində baş verib.
Azərbaycan Ordusuna könüllü təslim olan şəxs 1991-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçu Andranik Araratoviç Qriqoryandır.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən də APA-ya məlumatı təsdiqləyiblər.
Mətbuat xidmətindən bildirilib ki, bu, yəqin erməni ordusunda öz aralarında olan gərginlik, qorxu hissi və panika ilə bağlıdır.
Rəsmi məlumat veriləcək.