“Expressbank” yeni kredit aksiyası keçirir

“Expressbank” yeni kredit aksiyası keçirir
# 05 dekabr 2014 08:32 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Expressbank” müştərilərə istehlak kreditləri üzrə yeni “Qış kampaniyası” adlı kredit aksiyasını təqdim edir. Aksiya dekabr 31-dək davam edəcək.

Bankdan “APA-Economics”ə daxil olan məlumata əsasən, aksiyanın şərtlərinə görə, müştərilər nağd pul krediti götürərkən borcu ödəməyə növbəti aydan deyil, istəyə görə 1 və ya 2 ay sonra başlayacaqlar. Kreditin məbləği 10 000 manatadək, maksimal müddəti isə 36 aydır.

Qeyd edək ki, “Expressbank” müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

Qeyd edək ki, “Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 100-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR