Aydın Əliyev Gəncədə gənclərlə görüşüb

Aydın Əliyev Gəncədə gənclərlə görüşüb
# 22 iyun 2016 16:22 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Gəncə şəhərində gənclərlə görüşüb. "Gəncə -2016 Avropa Gənclər Paytaxtı" layihəsi çərçivəsində keçirilən görüş “Heydər Əliyev və gömrüyün inkişafı” mövzusuna həsr olunub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, görüşdə Gəncədə fəaliyyət göstərən, ali təhsil müəssisələrində təhsil alan gənclər iştirak edib. Öncə Heydər Əliyevin abidəsi ziyarət olunub. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev məruzəsində bildirib ki, gömrük xidmətinin formalaşması və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır.

Komitə sədri vurğulayıb ki, Gəncədə olan ali təhsil müəssisələrinin məzunlarının gömrük orqanlarında işləməyə maraqları azdır. Aydın Əliyev bu sahədə Azərbaycan Dövlət Aqrar Universitetin məzunlarına aid 20-dən çox iş yerinin olduğunu bildirib.

A.Əliyev bu gün də gömrük orqanlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Komitə sədri Azərbaycan gömrüyünün bugünkü vəziyyəti barədə gəncləri məlumatlandırıb, rəhbərlik etdiyi qurumdakı vakansiyalar və işə qəbul qaydaları ilə gəncləri tanış edib. Sonda komitə sədri gəncləri maraqlandıran suallara aydınlıq gətirib. Tədbir diskussiya şəklində davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR