Türkiyənin Akdeniz Universitetində rüşvətxorluqla bağlı 75 nəfər saxlanılıb

Türkiyənin Akdeniz Universitetində rüşvətxorluqla bağlı 75 nəfər saxlanılıb
# 31 may 2016 13:14 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Akdeniz Universitetində rüşvətxorluq iddiası ilə bağlı aparılan araşdırma çərçivəsində bu gün ali məktəbdə çalışan 75 nəfər saxlanılıb.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, əməliyyatı Antalya Polis İdarəsi aparır. Saxlanılan şəxslərdən 20 nəfəri qadındır.

Rüşvətxorluq iddiası ilə bağlı araşdırmalara 2013-cü ildən başlanıb. Rüşvətxorluq nəticəsində dəyən ziyanın 3 milyon lirə olduğu bildirilib. Akdeniz Universitetinin rektorluğu da olayla bağlı yazılı açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, bu gün universitetin bəzi əməkdaşlarının evində axtarış aparılıb və ifadələri alınmaq üçün polis idarəsinə aparılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR