“Bakcell” Ramazan ayı ərzində “Ulduzum” abunəçilərinə pulsuz zənglər təklif edir

“Bakcell” Ramazan ayı ərzində “Ulduzum” abunəçilərinə pulsuz zənglər təklif edir
# 23 iyun 2015 11:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Bakcell” şirkəti “Ulduzum” sadiqlik proqramının abunəçiləri üçün yeni Ramazan kampaniyasının başlandığını elan edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Ulduzum” proqramı çərçivəsində yeni Ramazan kampaniyası iyunun 18-dən iyulun 16-a kimi davam edəcək. “Bakcell” abunəçiləri bu kampaniyada iştirak edən restoranlardan birində öz yaxınları ilə birgə İftar açmaqla yanaşı “Bakcell” abunəçilərinə zəng etmək üçün pulsuz 10 dəqiqə əldə edəcəklər.

Ramazan kampaniyası çərçivəsində “Bakcell” şirkəti Bakı şəhərində “Mado”, “Özsüt”, PitStop”, “Tarihi Sultan Ahmed Köfteçisi”, “Villa Pizza”, “Pakdad” restoranları, Gəncədə isə “Agüloğlu”, “Başkent”, “Elegance” restoranları ilə əməkdaşlıq edir.

Bakı və Gəncə şəhərində olan “Ulduzum” abunəçilərinə Ramazan kampaniyasına start verilməsi ilə bağlı kütləvi SMS-lər göndərilir.

Pulsuz dəqiqələri əldə etmək üçün “Ulduzum” abunəçiləri sadəcə olaraq 5555 SMS nömrəsinə “İFTAR” açar sözünü göndərməlidirlər. Mesaj göndəriləndən sonra abunəçiyə restoranların adları və onlar haqqında əlavə məlumat SMS vasitəsilə göndəriləcək.

Bu kampaniyanın məqsədi müştərilərin sadiqliyini artırmaq və Müqəddəs Ramazan Ayı çərçivəsində “Ulduzum” sadiqlik proqramının abunəçilərini mükafatlandırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR