Son 20 il ərzində Azərbaycanın tələbə qəbulu sistemində müşahidə edilən ən yüksək müsabiqə vəziyyəti açıqlanıb

Son 20 il ərzində Azərbaycanın tələbə qəbulu sistemində müşahidə edilən ən yüksək müsabiqə vəziyyəti açıqlanıb
# 30 yanvar 2013 13:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda son 20 il ərzində tələbə qəbulu sistemində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyətinin qeydə alındığı illər açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, 1992-2012-ci illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ilə, ən aşağı müsabiqə vəziyyəti isə 2002-ci ilə təsadüf edir. 1992-2012-ci illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili göstərir ki, bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planı 2,1 dəfə, abituriyent ərizələrinin sayı isə 2,5 dəfə artıb. Ali təhsil müəssisələri üçün ən çox plan yerləri 2012-ci ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci, ən çox 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2002-ci ilə təsadüf edir. Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, demək olar ki, əvvəlki ilin səviyyəsində saxlanılıb. Nəticədə müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərib, ixtisaslar üzrə keçid balları xeyli aşağı düşüb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR