Hakan Şükür və Rüştü Rəcbər Bakıya gəliblər

Hakan Şükür və Rüştü Rəcbər Bakıya gəliblər
# 30 aprel 2013 13:09 (UTC +04:00)

Apasportaz saytının məlumatına görə, Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar mayın 1-də veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununda iştirak etmək üçün Türkiyə milli komandasının baş məşqçisi Abdulla Avcı, həmçinin məşhur futbol veteranları Hakan Şükür və Rüştü Rəcbər artıq Bakıdadırlar.

Onlar qonağı olduqları “Bakı”nın bu gün Madrid “Atletiko”su ilə Tofiq Bəhramov adına Respublika stadionundakı yoldaşlıq görüşünü izləyəcək.

Sabah saat 20:00-da isə onlar “Bayıl Arena”da azərbaycanlı veteranlarla matçda meydana çıxacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR