Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçidə döyüş sambosu üzrə beynəlxalq turniri izləyiblər - FOTOSESSİYA - YENİLƏNİB - VİDEO

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçidə döyüş sambosu üzrə beynəlxalq turniri izləyiblər - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 10 avqust 2014 00:01 (UTC +04:00)

APA-nın “AzərTAc”a istinadən verdiyi məlumata görə, yarışların fəxri qonaqları arasında Rusiyanın Baş naziri Dmitri Medvedev və digər rəsmi şəxslər də olub.

“Plotforma S-70” döyüş sambosu üzrə beynəlxalq yarışlar Soçidə 5-ci dəfədir keçirilib. Peşəkar samboçuların budəfəki yarışlarında Rusiya yığması ABŞ, Fransa, Qazaxıstan, Braziliya, Latviya, Litva və Belarus idmançılarının daxil olduğu dünya seçmə komandası ilə qarşılaşıb.

Prezident Vladimir Putin yarışda qalib gələn Rusiya komandasının mükafatlandırılması mərasimində çıxış edərək sambonun Azərbaycanda yaxşı inkişaf etdiyini vurğulayıb.

Rusiya prezidenti sambo idman növünün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının proqramına salınmasına nail olduğuna görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

***

23:58

Bakı – APA. Avqustun 9-da Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçidə döyüş sambosu üzrə beynəlxalq turniri izləyiblər.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl V. Putin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda danışıqlar keçirib. Görüşlərdə o cümlədən Dağlıq Qarabağ nizamlanması müzakirə olunub.

Turnirdə fəxri qonaqlar qismində Rusiyanın baş naziri Dmitri Medvedev, baş nazirin müavinləri Arkadiy Dvorkoviç və Dmitri Kozak, Soçi-2014 Olimpiya oyunlarında Beynəlxalq Olimpiya Komitəsinin əlaqələndirmə komissiyasının sədri vəzifəsini tutmuş Jan Klod Killi, ikiqat olimpiya çempionu Aleksey Voyevoda, boks üzrə olimpiya çempionu Aleksandr Povetkin və bir sıra idman federasiyalarının rəhbərləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR