Azərbaycanda avro bahalaşıb

Azərbaycanda avro bahalaşıb
# 03 iyun 2015 06:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün iyunun 2-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi azalıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 3-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0012 manat və ya 0,11% ucuzlaşaraq 1,0484 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0226 manat və ya 1,97% bahalaşaraq 1,1696 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR