Göygöldə yük maşını divara çırpılıb, sürücü xəsarət alıb

Göygöldə yük maşını divara çırpılıb, sürücü xəsarət alıb
# 23 iyun 2016 00:54 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hərəkətdə olan “KamAZ” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında olan divara çırpılıb.

Qəza zamanı sürücü, 1952-ci il təvəllüdlü Nurəddin Məmmədov kəllə beyin travması alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR