Səfir: “ABŞ güclü, daha demokratik, çiçəklənən və azad Azərbaycanı dəstəkləmək fikrinə sadiqdir”

Səfir: “ABŞ güclü, daha demokratik, çiçəklənən və azad Azərbaycanı dəstəkləmək fikrinə sadiqdir”
# 02 mart 2015 15:30 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekutanın “Facebook” vasitəsilə Azərbaycan xalqına mesajında deyilir. Azərbaycana gəlməzdən öncə səfir sosial şəbəkə istifadəçiləri arasında Azərbaycanda birinci haranı ziyarət etməsi ilə bağlı sorğu keçirib. Rəy bildirənlərin 70 faizi onun Qobustana səfər etməli olduğunu deyiblər. Səfir R. Sekuta tezliklə Qobustana səfər edəcəyini açıqlayıb: “Mən digər rəy və təklifləriniz üçün də sizə təşəkkür edirəm. Bu göstərir ki, bizim üzərində işləməli olduğumuz çoxsaylı vacib işlər var. Mən bu məsələlərin bir çoxu ilə bağlı danışıqlara başlamışam və bu söhbətləri ölkə böyü Azərbaycan cəmiyyətinin bütün nümayəndələri ilə aparmağı səbirsizliklə gözləyirəm”.

Diplomat hər kəsi martın 10-dan 14-nə kimi keçiriləcək Amerika Həftəsi çərçivəsində ölkə böyu baş tutacaq tədbirlərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR